• Fanat
  • 18 Aprel 2019 14:13
  •  634

Ronaldo “Yuventus”dan ayrılmaq istəyir - KİV

Portuqaliyalı forvard 2020-ci ilin yayında “Yuventus”dan ayrılmaq istəyir

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubunu tərk edə bilər.

“La Repubblica”nın verdiyi məlumata görə, 34 yaşlı hücumçu Turin təmsilçisinin Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırmasından çox məyus olub.

Bildirilir ki, portuqaliyalı forvard 2020-ci ilin yayında “Yuventus”dan ayrılmaq istəyir.

Qeyd edək ki, Ronaldo ötən yay 112 milyon avro qarşılığında İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib və 2022-ci ilin iyulundək müqavilə bağlayıb. Turin təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Hollandiya “Ayaks”ına uduzaraq mübarizəni dayandırıb (1:1, 1:2).(report.az)

AzNews.az