Avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib Avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib
  • Fanat
  • 22 Aprel 2019 15:58
  •  1 426

“Formula 1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirildi

Avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib

“Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib.

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb. Milli yük aviadaşıyıcısı təkcə “Formula 1”-in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-Prisi 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.(report.az)

AzNews.az