Müdafiəçi üç həftə müalicə olunacaq. Müdafiəçi üç həftə müalicə olunacaq.
  • Fanat
  • 22 Aprel 2019 20:10
  •  2 061

"Neftçi" komandası ciddi itki ilə üzləşdi

Müdafiəçi üç həftə müalicə olunacaq.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah”la oyunun əvvəllərində zədələnərək əvəzlənən "Neftçi"nin futbolçusu Kirilo Petrovun vəziyyətinə aydınlıq gəlib.

AzNews.az klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə əsasən, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə üç həftə müalicə olunacaq.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kirilo Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.

AzNews.az