"Bu, mənim canımı sıxır" "Bu, mənim canımı sıxır"
  • Fanat
  • 25 Aprel 2019 16:52
  •  2 641

Neymar tənqidlərə cavab verdi

"Bu, mənim canımı sıxır"

3 aylıq zədədən sonra yaşıl meydanlara qayıdan “PSJ”nin superulduzu Neymar açıqlama verib.

Braziliya mətbuatına danışan 27 yaşındakı futbolçu deyib:

“Əslində karyerama topla çox oynamaqla başladım deyə bilərəm. Mənim bu bacarığım komanda yoldaşlarıma boşluq yaratmağıma səbəb olur və mən də bunu edib öz hədəflərimə doğru gedirəm. İnsanlar bunun pis bir hərəkət kimi qəbul edib, məni tənqid edirlər və bu da mənim canımı sıxır”.

Qeyd edək ki, Neymar zədəyə görə bu mövsüm klubunda cəmi 24 oyuna çıxıb. Bu oyunlarda 20 qol vurub və 11 məhsuldar ötürmə verib.(modern.az)

AzNews.az