- Fanat
- 20:47
- 1 609
Azərbaycan çempionu: "Ən ağır görüşüm ikinci raundda Rəvan Əliyevə qarşı oldu"
Şahmat üzrə Azərbaycan çempionatı ağır mübarizə ilə keçib.
Aznews.az xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionu olmuş Məhəmməd Muradlı jurnalistlərə açıqlamasında deyib.
O, turnirin maraqlı keçdiyini bildirib:
"Beş görüşüm oldu. Deyə bilərəm ki, ən ağır görüşüm ikinci raundda Rəvan Əliyevə qarşı oldu. Bütün rəqiblərimə maraqlı oyuna görə təşəkkür edirəm. Final görüşü, təbii ki, çox maraqlı keçdi. Şükürlər olsun ki, turniri qalib olaraq başa vura bildim".