Şahmat üzrə Azərbaycan çempionu: "Yarış psixoloji cəhətdən həyəcanlı və gərgin keçdi"

Şahmat üzrə Azərbaycan çempionatı ən gərgin keçən yarışlardan biridir.

Aznews.az xəbər verir ki, bunu şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib olmuş Ülviyyə Fətəliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, çempionat son illərdə daha da nüfuz qazanıb.

"On günlük turnir bizim üçün həm şahmat, həm də psixoloji baxımdan stresli, həyəcanlı və gərgin keçdi", - o deyib.

"Ümid edirəm ki, bu uğurlu nəticə ilin sonuna qədər davam edər. Çalışacağıq ki, ölkəmizi beynəlxalq yarışlarda yaxşı təmsil edək", - şahmatçı bildirib.