Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisi başa çatıb Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisi başa çatıb
  • Fanat
  • 28 Aprel 2019 18:00
  •  1 428

Formula 1 Socar Azərbaycan Qran-Prisində qalib məlum oldu - FOTOLAR

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisi başa çatıb

AzNews.az xəbər verir ki, mövsümün ən gözlənilən yarışında qalibi Mercedes komandasının pilotu Valtteri Bottas olub.

İkinci onun komanda yoldaşı Lyuis Hamilton, üçüncü isə Ferrari pilotu Sebastyan Vettel olub.

Yarışa ilk pillələrdən Mercedes pilotları Valtteri Bottas və Lyuis Hamilton başlamışdı. Startda insident baş verməyib. Sona qədər finlandiyalı pilot Bottas liderliyini qoruyub saxlamağı bacarıb.

Yarışın 32-ci dövrəsində Renault komandasının pilotu Daniel Rikkardo ilə Toro Rosso komandasının pilotu Daniil Kvyat arasında insident yaşandı. Döngəyə girə bilməyən Rikkardo arxaya qayıtmaq istəyərkən rəqibinə çırpılıb. Nəticədə hər iki pilot yarışı vaxtından əvvəl dayandırmalı olub. Baş verən insident yarışdan sonra araşdırılacaq.

Maraqlıdır ki, yarış zamanı bir neçə rəngli şarlar trasa düşüb. Bu yarışın gedişatına mane olmayıb.

Red Bull komandasının pilotu Pyer Qasli sürətini itirib. Texniki nasazlıq səbəbindən mübarizədən kənar qalıb. Virtual təhlükəsizlik rejimi elan edilib.

Günün sürücüsü isə Ferrari pilotu Şarl Lekler olub.

Fəridə Abdulla
AzNews.az

image description image description image description image description image description