“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb “Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb
  • Fanat
  • 29 Aprel 2019 17:11
  •  1 403

“Neftçi” 600-cü dəfə məyus oldu

“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb

PFL-in verdiyi məlumata görə, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan paytaxt klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.

1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola məyus olub.

Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü isə neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.

AzNews.az