"Artıq oynamaq istəyirəm" "Artıq oynamaq istəyirəm"
  • Fanat
  • 29 Aprel 2019 17:17
  •  1 414

30 yaşlı futbolçu “Barselona”dan ayrılmaq istəyir

"Artıq oynamaq istəyirəm"

“Barselona”nın hollandiyalı qapıçısı Yasper Sillessen klubda xoşbəxt olmadığını və klub axtarışında olduğunu açıqlayıb.

“Sport” xəbər verir ki, Kataloniya klubunda Mark-Andre ter Şteqenin kölgəsində qalan 30 yaşlı əlcək sahibi daha çox oynaya biləcəyi yerə getmək istədiyini bildirib: "Mövsüm başa çatan kimi istirahətə yollanacam. Daha sonra isə oynaya biləcəyim yeni bir klub tapacağıma ümid edirəm. Artıq oynamaq istəyirəm".

2016-cı ildə "Ayaks"dan 13 milyon avroya trasnfer edilən Sillessenin "Barselona" ilə müqaviləsi 2021-ci ilə qədərdir. O, cari mövsüm 7 oyunda forma şansı qazanıb.(qafqazinfo.az)

AzNews.az