Məşhur futbolçu “Arsenal” azarkeşlərinə çağırış etdi - FOTO

"Möhtəşəm final üçün burada hər şey hazırdır"

UEFA Ulduz səfirlərindən olan Fransa millisinin futbolçusu Rober Pires Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı sabiq komandası – İngiltərə “Arsenal”ının azarkeşlərinə çağırış edib.

Bakıda səhər yeməyi masası arxasında əyləşən 46 yaşlı veteran yarımmüdafiəçi “Instagram” hesabı vasitəsi ilə fikirlərini çatdırıb: “Salam, “Arsenal” fanatları. İndi Bakıdayam, səhər yeməyi yeyirəm. İkinci dəfədir Azərbaycandayam. Möhtəşəm final üçün burada hər şey hazırdır. Sizi burada gözləyirəm”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Pires 2000 - 2006-cı illərdə çıxış etdiyi "Arsenal"ın heyətində 2 dəfə İngiltərə çempionu (2001/2002, 2003/2004) və Federasiya Kubokunun qalibi (2002/2003, 2004/2005), eləcə də Çempionlar Liqasının finalçısı (2005/2006) olub. Fransa millisinin heyətində isə o, dünya (1998) və Avropa çempionu (2000), Konfederasiyalar Kubokunun 2 qat qalibi (2001, 2003) adını qazanıb.(report.az)

AzNews.az

image description