Jozep Bartomeu: Qrizmanna ehtiyacımız yoxdur. Jozep Bartomeu: Qrizmanna ehtiyacımız yoxdur.
  • Fanat
  • 17 İyun 2019 19:11
  •  1 065

“Barselona” rəhbərliyindən açıqlama

Jozep Bartomeu: Qrizmanna ehtiyacımız yoxdur.

İspaniyanın “Barselona” klubunun prezidenti Jozep Bartomeu “Atletiko”dan ayrıldığını açıqlayan Antuan Qrizmannın Kataloniya klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

O, yayılan məlumatları təkzib edib.

“Əvvəl də dediyimiz kimi, Qrizmannla danışıq aparmırıq. Ona görə də nəyisə elan etməyə ehtiyac yoxdur. Görək, yaxın vaxtlarda transfer bazarında vəziyyət necə olacaq. Klubu mümkün sanksiyalardan qorumalıyıq”, deyə Bartomeu bildirib.

Qeyd edək ki, Qrizmann bir müddət öncə karyerasını "Barselona"da davam etdirəcəyini bildirmişdi.(qafqazinfo.az)

AzNews.az