Püşkatmada Azərbaycanın "Neftçi" və "Səbail" komandaları da iştirak edəcək Püşkatmada Azərbaycanın "Neftçi" və "Səbail" komandaları da iştirak edəcək
  • Fanat
  • 18 İyun 2019 09:34
  •  1 935

Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq

Püşkatmada Azərbaycanın "Neftçi" və "Səbail" komandaları da iştirak edəcək

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada Azərbaycanın "Neftçi" və "Səbail" komandaları da iştirak edəcək.

Hər iki kollektiv səpələnmişlər səbətində yer alacaq.

Paytaxt təmsilçiləri nisbətən zəif komandalarla üz-üzə gələcəklər. Püşkə 45 klub və ilkin təsnifat mərhələsinin 7 cütü qatılacaq.

Püşkatmaöncəsi UEFA bölgülər aparıb və nəticədə Azərbaycan klublarının da potensial rəqiblərinin sayı azalıb. "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Azərbaycanın bu turnirdəki daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları isə iyulun 25-də və avqustun 1-də olacaq. (Report)