İdmançılar hava limanında təntənə ilə qarşılanıb İdmançılar hava limanında təntənə ilə qarşılanıb
  • Fanat
  • 2 İyul 2019 08:30
  •  1 502

II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıtdı - VİDEO

İdmançılar hava limanında təntənə ilə qarşılanıb

Saat 04:27

II Avropa Oyunlarında Azərbaycanı tənsil edən idmançıların növbəti qrupu Vətənə qayıdıb.

Uunan-Roma güləşçiləri və boks millimiz də artıq Bakıdadır.

Azərbaycanı uğurla təmsil edən idmançıları hava limanında təntənə ilə qarşılanıb.

Saat 01:55

II Avropa Oyunlarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanan idmançılarımız Vətənə geri dönüb.

İdmançıları gətirən təyyarə Heydər Əliyev adına Hava Limanına enib.

Bildirilir ki, Vətənə ilk olaraq Azərbaycan karateçiləri və akrobatları qayıdıb. Onları hava limanında idmansevərlər və musiqiçilər qarşılayıb.

Onların ardınca yunan-Roma güləşçiləri və boks millimiz Bakıya qayıdacaq. (APA)