Yelisey Meydanı yaxınlığında minlərlə azarkeş kütləsi toplaşıb Yelisey Meydanı yaxınlığında minlərlə azarkeş kütləsi toplaşıb
  • Fanat
  • 12 İyul 2019 05:16
  •  1 150

Əlcəzair əsilli futbol həvəskarları Parisdə mağazaları qarət etdi

Yelisey Meydanı yaxınlığında minlərlə azarkeş kütləsi toplaşıb

Futbol üzrə Afrika xalqları Kubokunun yarımfinalında öz milli komandalarının oyununu bayram edən Əlcəzair əsilli sakinlər Parisin mərkəzində iki mağazanı qarət ediblər.

Bu barədə “France Press” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Yelisey Meydanı yaxınlığında minlərlə azarkeş kütləsi toplaşıb. Bundan sonra onlar Fransa paytaxtının mərkəzi küçələrinə doğru hərəkət ediblər. Toplaşan kütlə arasında ictimai asayişi pozanlar da olub ki, nəticədə bəzi obyektlər, mağazalar ziyan görüb.

Bildirilir ki, iğtişaşçılar mağazaların birindən motosikletləri oğurlamağa cəhd ediblər. (APA)