Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 23-24-də və 30-31-də baş tutacaq Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 23-24-də və 30-31-də baş tutacaq
  • Fanat
  • 22 İyul 2019 00:15
  •  1 711

“Qarabağ”ın növbəti potensial rəqibi müəyyənləşəcək

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 23-24-də və 30-31-də baş tutacaq

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərindəki tədbirdə əvvəlki raundun 12 cütü və mübarizəyə birbaşa qoşulan 8 klub iştirak edəcək.

Buna səbəb II təsnifat mərhələsi başlamamasıdır. Püşk iki hissədən ibarət olacaq.

Öz ölkəsinin çempionu olanların 10 cütü və iki klub – “Ayaks”la PAOK növbəti turdakı rəqibini tanıyacaq. Bu “12-lik” reytinqə görə səbətlərə bölünüb. Azərbaycan çempionu “Qarabağ”ın İrlandiya “Dandolk”u ilə təşkil etdiyi cüt səpələnməmişlərdəndir.

Bu isə təmsilçimizə potensial güclü rəqib vəd edir. Püşkatma zamanı ölkəsində çempion olmayanlar Liqa yolunda növbəti rəqiblərini tanıyacaqlar.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 23-24-də və 30-31-də, III təsnifat mərhələsinin matçları isə avqustun 6-7-də və 13-14-də baş tutacaq. (APA)

Çempionlar Liqası
III təsnifat mərhələsi

Çempionlar yolu
Səpələnmişlər

“Ayaks” (Hollandiya)
"Seltik" (Şotlandiya) - "Nomme Kalyu" (Estoniya) cütünün qalibi
TNS (Uels) - “Kopenhagen” (Danimarka) cütünün qalibi
"Saburtalo" (Gürcüstan) - ”Dinamo” (Xorvatiya) cütünün qalibi
BATE (Belarus) - "Rusenborq" (Norveç) cütünün qalibi
"Sutyeska" (Monteneqro) - APOEL (Kipr) cütünün qalibi
Səpələnməmişlər
PAOK (Yunanıstan)
"Dandolk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) cütünün qalibi
"Maribor" (Sloveniya) - AIK (İsveç) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) - HİK (Finlandiya) cütünün qalibi
ÇFR (Kluj, Rumıniya) - “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi
"Ferensvaroş" (Macarstan) - "Valletta" (Malta) cütünün qalibi

Liqa yolu
Səpələnmişlər

“Portu” (Portuqaliya)
“Dinamo” (Kiyev, Ukrayna)
“Viktoriya” (Çexiya) - “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
PSV (Hollandiya) - “Bazel” (İsveçrə) cütünün qalibi
Səpələnməmişlər
“Brügge” (Belçika)
“Krasnodar” (Rusiya)
“Başakşəhər” (Türkiyə)
LASK (Avstriya)