Avropa Liqasında 46 matç keçiriləcək

Azərbaycanın iki komandası da meydana çıxacaq

Bu gün Avropa Liqasında II təsnifat mərhələsi start götürəcək.

Üç gün ərzində 46 qarşılaşma keçiriləcək.

Bu oyunlardan 37-si Əsas yol çərçivəsində baş tutacaq. Digər 9 cütdə isə Çempionlar Liqası ilə vidalaşan komandalar üz-üzə gələcəklər.

Azərbaycanın iki komandası da meydana çıxacaq. “Neftçi” səfərdə Rusiya “Arsenal”ı, “Qəbələ” evdə Gürcüstan “Dinamo”su ilə görüşəcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları avqustun 1-də baş tutacaq.

Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar

Çempionlar yolu
23 iyul

19:00. "Ararat" (Ermənistan) - “Linkoln” (Cəbəllütariq)
19:45. "HB Torshavn" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya)
19:55. "Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq)
22:00. “Santa Koloma” (Andorra) - "Astana" (Qazaxıstan)
22:30. "Tre Penne" (San-Marino) - "Suduva" (Litva)
24 iyul
20:00. "Slovan" (Slovakiya) – “Ferronikeli” (Kosovo)
25 iyul
19:30. "Partizani" (Albaniya) - "Şerif" (Moldova)
22:00. "Pyast" (Polşa) - "Riqa" (Latviya)
23:00. "Valyur" (İslandiya) - "Lüdoqorets" (Bolqarıstan)

Əsas yol
17:30. “Pünik” (Ermənistan) - “Yabloneç” (Çexiya)
18:45. “Ventspils” (Latviya) - “Qzira” (Malta)
19:00. “Qəbələ” (Azərbaycan) - "Dinamo" (Gürcüstan)
19:30. AEK (Kipr) - "Levski" (Bolqarıstan)
20:30. “Utrext” (Hollandiya) - "Zrinski" (Bosniya və Herseqovina)
20:45. “Çixura” (Gürcüstan) - "Aberdin" (Şotlandiya)
20:55. "Honved" (Macarıstan) - "Universitatya” (Krayova, Rumıniya)
21:00. "Alaşkert" (Ermənistan) - "Styaua" (Rumıniya)
21:00. “Arsenal” (Tula, Rusiya) - “Neftçi” (Azərbaycan)
21:00. “Flora” (Estoniya) - “Ayntraxt” (Almaniya)
21:00. “Hoqesun” (Norveç) - “Ştrum” (Qraz, Avstriya)
21:00. “Lexiya” (Qdansk, Polşa) - "Brondbü" (Danimarka)
21:00. “Mlada Boleslav” (Çexiya) - "Ordabasi" (Qazaxıstan)
21:00. “Molde” (Norveç) - "Çukariçki" (Serbiya)
21:00. “Şaxtyor” (Belarus) - “Esbyerq” (Danimarka)
21:00. “Yeni Malatyaspor” (Türkiyə) - "Olimpiya" (Sloveniya)
21:30. “Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Spartak” (Slovakiya)
21:30. “Konnak” (Uels) - “Partizan” (Serbiya)
21:30. MOİK (Bolqarıstan) - “Osiyek” (Xorvatiya)
21:30. “Hapoel Bier-Şeva” (İsrail) - “Kayrat” (Qazaxıstan)
22:00. “Norçepinq” (İsveç) – “Liepaya” (Latviya)
22:00. “Vidi” (Macarıstan) - “Vaduts” (Lixtenşteyn)
22:15. “Lütsern” (İsveçrə) - “Klaksvik” (Farer adaları)
22:30. "Jeness" (Lüksemburq) - “Vitoriya” (Portuqaliya)
22:30. “Alkmaar” (Hollandiya) – “Haken” (İsveç)
22:30. “Aris” (Yunanıstan) - AEL (Limasol, Kipr)
22:30. “Gent” (Belçika) - “Vitorul” (Rumıniya)
22:30. “Dunayska Ştreda” (Slovakiya) - “Atromitos” (Yunanıstan)
22:45. “Vulverhempton” (İngiltərə) - “Kruzaders” (Şimali İrlandiya)
22:45. "Domjale" (Sloveniya) - “Malmö” (İsveç)
22:45. “Reyncers” (Şotlandiya) - “Progres” (Lüksemburq)
22:45. “Strasburq” (Fransa) - "Makkabi" (Hayfa, İsrail)
22:45. "Buduçnost" (Monteneqro) - “Zarya” (Ukrayna)
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Apollon” (Kipr)
23:00. “Espanyol” (İspaniya) - “Styarnan” (İslandiya)
23:00. “Legiya” (Polşa) - “Kuopio” (Finlandiya)
23:00. “Torino” (İtaliya) - "Debretsen" (Macarıstan)