• Fanat
  • 23 İyul 2019 11:34
  •  407

Dünyanın ən bahalı idman klublarının yeni reytinqi

“Forbes” jurnalı dünyanın ən bahalı 50 idman klubunun yeni reytinqini açıqlayıb

Siyahıda ilk yerdə ABŞ-ın “Dallas Kovboys” klubu qərarlaşıb. O, 5 milyard dollar dəyərə malikdir.

İkinci yeri “Nyu-york Yankis” beysbol komandası (4,6 milyard dollar), üçüncü yeri İspaniyanın “Real” klubu (4,24 milyard dollar) tutub.

İlk beşliyə eləcə də İspaniyanın “Barselona” futbol klubu (4,02 milyard dollar) və ABŞ-ın “Nyu-York Niks” basketbol klubu (4 milyard dollar) daxil olub.(qafqazinfo.az)

AzNews.az