Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib
  • Fanat
  • 16 Sentyabr 2019 13:28
  •  1 260

“Barselona”nın daha bir oyunçusuna zərbə vuruldu - Suares, Koutinyo, indi də...

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib

Cinayətkarlar dəstəsi “Barselona”nın müdafiəçisi Samüel Yumtitinin evini qarət edib.

AzNews.az bildirir ki, bu barədə “La Vanguardia” məlumat verib.

Bildirilir ki, futbolçunun qonşuları Yumtitinin evinin qapısını açıq gördükdə polisə zəng ediblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qapının sındırıldığını və fransalının seyfinin boş olduğunu aşkar ediblər.

Şahidlər ən azı dörd maskalı şəxsi gördüklərini bildiriblər.

Bu, “Barselona” oyunçularının evinin qarət olunduğu ilk hadisə deyil. Bir müddət əvvəl komandanın hücumçusu Luis Suares, yarımmüdafiəçi Filip Koutinyo (icarə müqaviləsi əsasında, 2019-cu ilin yayında “Bavariya”ya keçib - red.) da qarət olunmuşdular.