O, bürünc medal üçün təsəlliverici yarışlara qatılacaq O, bürünc medal üçün təsəlliverici yarışlara qatılacaq
  • Fanat
  • 19 Sentyabr 2019 13:37
  •  1 358

Hacı Əliyev barədə hakimlər son qərarını açıqladı

O, bürünc medal üçün təsəlliverici yarışlara qatılacaq

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatından (DÇ) diskvalifikasiya edilən Hacı Əliyev barədə yekun qərar verilib.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, yekun olaraq Hacı Əliyevin diskvalifikasiya qərarı ləğv olunub.

Belə ki, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (-65 kq) uduzduğu rusiyalı Hacımurad Rəşidov finala çıxacağı halda, bürünc medal üçün təsəlliverici yarışlara qatılacaq.

Bundan başqa, 57 kq çəki dərəcəsində digər rusiyalı Zaur Uquyevə uduzmuş Mahir Əmiraslanov da rəqibinin əlinin qaldırılması mərasiminə qatılmayıb. Baş hakim onun diskvalifikasiya ediləcəyini bildirib. Lakin federasiyadan bildirdilər ki, bu idmançı diskvalifikasiya edilməyib və Uquyev finala çıxacağı halda, onun da bürünc medal qazanmaq şansı olacaq. (oxu.az)

AzNews.az