"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib
  • Fanat
  • 19 Sentyabr 2019 22:51
  •  2 126

“Qarabağ” “Sevilya”ya məğlub oldu

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniya "Sevilya"sını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Sevilya"nın heyətində Xavyer Ernandes 62-ci dəqiqədə hesabı açıb. “Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb. 85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.(report.az)

AzNews.az