Dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edib Dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edib
  • Fanat
  • 22 Sentyabr 2019 17:34
  •  3 079

Bədii gimnastika üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirildi

Dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edib

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edib. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparıb.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

AzNews.az