Azərbaycanın 4 klubu qazanc əldə edib Azərbaycanın 4 klubu qazanc əldə edib
  • Fanat
  • 15 Oktyabr 2019 14:53
  •  2 174

UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

Azərbaycanın 4 klubu qazanc əldə edib

UEFA-nın Azərbaycan klubları üçün ayırdığı vəsait komandaların hesabına köçürülüb.

2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak üçün 4 klub qazanc əldə edib.

AFFA-nın vasitəsilə UEFA Çempionlar Liqasında iştiraka görə “Qarabağ” büdcəsinə həmrəylik ödənişi kimi 1 milyon 140 min avro köçürülüb.

UEFA Avropa Liqasında iştirak üçün həmrəylik ödənişi alan klublardan “Neftçi” 780, “Qəbələ” 260, “Səbail” 240 min avro əldə edib.

AzNews.az