Çempionlar Liqasının bu mövsümündə Messi 3 oyunda 1 qol vurub Çempionlar Liqasının bu mövsümündə Messi 3 oyunda 1 qol vurub
  • Fanat
  • 24 Oktyabr 2019 08:55
  •  1 723

Messi Ronaldu və Raulun rekordunu təkrarladı

Çempionlar Liqasının bu mövsümündə Messi 3 oyunda 1 qol vurub

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 33 fərqli kluba qol vurub.

Bu barədə “Gracenote Live” məlumat yayıb.

Argentinalı futbolçu 33-cü qolu UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunda “Slaviya” ilə oyunda (2: 1) vurub.

Beləliklə, Messi “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu və “Real”ın sabiq hücumçusu Raulun rekordunu təkrarlayıb.

Çempionlar Liqasının bu mövsümündə Lionel Messi 3 oyunda 1 qol vurub. (Report)

AzNews.az