"Mourinyo özü ilə birlikdə soyunma otağına enerji gətirəcək". "Mourinyo özü ilə birlikdə soyunma otağına enerji gətirəcək".
  • Fanat
  • 20 Noyabr 2019 11:04
  •  2 621

Mourinyo "Tottenhem"ə getdi

"Mourinyo özü ilə birlikdə soyunma otağına enerji gətirəcək".

Tanınmış portuqaliyalı məşqçi Joze Mourinyo "Tottenhem"ə yeni menecer təyin olunub.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, müqaviləyə əsasən 2022-23 illərdə klubla işləyəcək.

Mourinyo bununla bağlı açıqlama verib:

"Mən belə böyük tərəfdarları olan kluba qoşulduğum üçün çox məmnunam. Həm komandanın, həm də akademiyanın keyfiyyəti məni həyəcanlandırır. Bu oyunçularla işləmək məni cəlb etdi".

"Tottenhem"in prezidenti Daniel Levi deyib ki, Mourinyo futbolda ən uğurlu menecerlərdən biridir və onun zəngin təcrübəsi var.

"O, məşqçilik etdiyi klublarda mükafatlar qazanıb. Biz inanırıq ki, Mourinyo özü ilə birlikdə soyunma otağına enerji və inanc gətirəcək".

Pərvanə

AzNews.az