O, özünün 18-ci qələbəsini bayram edib O, özünün 18-ci qələbəsini bayram edib
  • Fanat
  • 29 Noyabr 2019 22:50
  •  3 186

Bəxtiyar Abbasovdan növbəti qələbə

O, özünün 18-ci qələbəsini bayram edib

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

33 yaşlı idmançımız “UAE Warriors9” çərçivəsində uğur əldə edib. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub.

Qeyd edək ki, “Mubadala Arena”dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.(qafqazinfo.az)

AzNews.az