- Fanat
- 2 Dekabr 2019 23:41
- 2 585
“Beşiktaş” darmadağınla qalib gəldi
Bu gün turun son oyunu keçirilib
Türkiyə Super Liqasında XIII tura yekun vurulub.
Bu gün turun son oyunu keçirilib.
“Beşiktaş” öz meydanında “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi ilk 45 dəqiqədə vurduğu üç qolla üstünlük qazanıb. Çempionatın autsayderi görüşün sonlarında fərqi azaltsa da, “ağ-qaralar”ın 4-cü qolla darmadağını rəsmiləşib.
Qeyd edək ki, növbəti turun oyunları dekabrın 6-9-da keçiriləcək.
Türkiyə Super Liqası
XIII tur
2 dekabr
“Beşiktaş” – “Kayserispor” – 4:1
Hatçinson, 20, Gönül, 30, Yılmaz, 41, 90 – Adebayor, 86 (apasport.az)
AzNews.az