Bu, portuqaliyalı hücumçunun mükafatçı olmayacağı anlamına gəlir Bu, portuqaliyalı hücumçunun mükafatçı olmayacağı anlamına gəlir
  • Fanat
  • 3 Dekabr 2019 00:00
  •  2 841

Ronaldu “Qızıl top”un təltifetmə mərasiminə qatılmadı

Bu, portuqaliyalı hücumçunun mükafatçı olmayacağı anlamına gəlir

Fransanın paytaxtı Parisdəki Şatle teatrında "Qızıl top" mükafatının təltifetmə mərasimi başlayıb.

Tədbirin aparıcıları keçmiş frutbolçu Didye Droqvba və aktrisa Sendi Erberdir.

Mükafata namizədlərdən Kriştianu Ronaldu mərasimə qatılmayıb. Bu isə İtaliya "Yuventus"unun portuqaliyalı hücumçusunun mükafatçı olmayacağı anlamına gəlir.

Qeyd edək ki, digər namizədlər İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi ilə İngiltərə "Liverpul"unun Niderlanddan olan müdafiəçisi Vircil van Deykdir.(report.az)

AzNews.az