Mənə dəstək olduğunuz üçün çox sağ olun Mənə dəstək olduğunuz üçün çox sağ olun
  • Fanat
  • 16 Dekabr 2019 10:11
  •  3 087

Heyf ki, İddiaçılar Turnirinə çıxa bilmədim - Şəhriyar Məmmədyarov

Mənə dəstək olduğunuz üçün çox sağ olun

“Əziz şahmatsevər dostlar. Çox heyf ki, İddiaçılar Turnirinə çıxa bilmədim. Amma hər şey yaxşıdır”.

Bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov şəxsi Facebook səhifəsində yazıb.

34 yaşlı qrossmeyster 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanmamasına münasibət bildirib. O qeyd edib ki, bunu qarşıdakı illərdə yenidən reallaşdıracağına inanır: “Növbəti iki il üçün var qüvvə ilə çalışıb, hər şeyi əldə etməyə çalışacam. Mənə dəstək olduğunuz üçün çox sağ olun”.

Qeyd edək ki, Məmmədyarov İsrailin Yerusəlim şəhərində keçirilən Qran-prinin həlledici - IV mərhələsinin 1/8 finalında rusiyalı Dmitri Yakovenkoya məğlub olub.

AzNews.az