Xoakin Sançes "Betis"in yetirməsidir Xoakin Sançes "Betis"in yetirməsidir
  • Fanat
  • 26 Dekabr 2019 19:21
  •  2 856

La Liqa təmsilçisi 38 yaşlı futbolçusu ilə müqaviləni uzatdı

Xoakin Sançes "Betis"in yetirməsidir

İspaniyanın "Betis" klubu futbolçusu Xoakin Sançeslə müqavilənin müddətini uzadıb.

Klubun rəsmi saytı xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Xoakin Sançes "Betis"in yetirməsidir. O, 1999 - 2006-cı illərdə klubun əsas komandasında çıxış edib. Təcrübəli oyunçu "Valensiya", "Malaqa" və İtaliyanın "Fiorentina" klubunun formasını geyindikdən sonra 2015-ci ildə yenidən "Betis"ə qayıdıb.(report.az)

AzNews.az