Sözləşmənin müddəti 2024-cü ilə qədər uzadılıb Sözləşmənin müddəti 2024-cü ilə qədər uzadılıb
  • Fanat
  • 11 Fevral 2020 22:32
  •  5 534

"Yuventus" qapıçısı ilə müqavilənin vaxtını uzatdı

Sözləşmənin müddəti 2024-cü ilə qədər uzadılıb

"Yuventus" klubu qapıçısı Voytsex Şesni ilə yeni müqavilə bağlayıb.

AzNews.az-ın Turin təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, polşalı qolkiperin sözləşməsinin müddəti 2024-cü ilə qədər uzadılıb.

Qeyd edək ki, 2017-ci ilin yayından "Yuventus"da çıxış edən 29 yaşlı qapıçı bu komandada 84 rəsmi oyun keçirib.

Şesni "qoca sinyora" ilə 2 dəfə İtaliya çempionluğunu, ölkə kuboku və Superkubokunu qazanıb. O, cari mövsüm A Seriyasında meydana çıxdığı 16 görüşdə qapısından 15 top buraxıb.