Azərbaycan yığması qələbə ilə başladı

Komandanın qollarını Edanur Mutlu və Buşra Yabançı vurub

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

AzNews.az-ın məlumatına görə, Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan milli qələbə qazanıb -2:0. Komandanın qollarını Edanur Mutlu və Buşra Yabançı vurub.

U-17 turnir çərçivəsində növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.