Birinci yeri tutmağa davam edir Birinci yeri tutmağa davam edir
  • Fanat
  • 25 Fevral 2020 10:00
  •  4 798

“Liverpul” “Vest Ham”ı məğlub etdi

Birinci yeri tutmağa davam edir

İngiltərə Premyer Liqasının 27-ci turunda "Liverpul" "Vest Ham"ı 3:2 hesabı ilə məğlub etdi.

"Liverpul"dan qolları Veynaldum (9-cu dəqiqə), Məhəmməd Salah (68) və Sadio Mane (86) vurublar. Qarşı tərəfin oyunçularından isə İssa Diop (12) və Pablo Fornales (54) fərqləniblər.

"Liverpul" üçün bu qələbə İngiltərə çempionatının cari mövsümündə 26-cı, ardıcıllıqda isə 18-ci oldu.

Turnir cədvəlində "Liverpul" 79 xalla birinci yeri tutmağa davam edir.

Növbəti turda "Liverpul" "Uotford"la fevralın 29-da qarşılaşacaq.

AzNews.az