Turnir Belarusun paytaxtı Minskdə keçirilməli idi Turnir Belarusun paytaxtı Minskdə keçirilməli idi
  • Fanat
  • 18 Mart 2020 22:54
  •  4 531

Futzal üzrə Çempionlar Liqası təxirə salındı

Turnir Belarusun paytaxtı Minskdə keçirilməli idi

Futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” koronavirusa görə növbəti xəbərdarlığa qədər təxirə salınıb.

AzNews.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Turnir aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.

Qeyd edək ki, yarımfinal oyunlarında "Barselona" (İspaniya) – KPRF (Rusiya) və "Mursiya" (İspaniya) – "Tümen" (Rusiya) komandaları qarşılaşacaq.