Buna azarkeşlərin oyunda fişəng yandırmaları səbəb olub Buna azarkeşlərin oyunda fişəng yandırmaları səbəb olub
  • Fanat
  • 31 Mart 2020 23:48
  •  4 012

UEFA Türkiyə klubunu cərimələdi

Buna azarkeşlərin oyunda fişəng yandırmaları səbəb olub

UEFA Türkiyənin "Başakşəhər" klubunu 1500 avro cərimələyib.

AzNews.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin "Kopenhagen"lə ilk oyununda fişəng yandırmaları səbəb olub.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç "Başakşəhər"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.