İtaliya çempionatı İtaliya çempionatı
  • Fanat
  • 21 İyul 2020 09:15
  •  4 607

Kriştiano Ronaldo "Yuventus"a qələbə qazandırdı

İtaliya çempionatı

Futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində Turin şəhərinin "Yuventus" klubu pataxt Romanın təmsilçiləri "Latsio"nu qəbul edib.

Məlumata görə, oyun Turin təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Yuventus"un heyətində qolları Kriştiano Ronaldo vurub, rəqib komandanın yeganə qolunun müəllifi isə Çiro İmmobile olub.

Qeyd edək ki, K.Ronaldo İtaliya çempionatının 30 oyununda 30 qol vurub və bu göstəricidə siyahını lideri Ç.İmmobileyə çatıb.

AzNews.az