45 yaşlı mütəxəssis bu vəzifədə 2016-cı ilin dekabrından çalışırdı 45 yaşlı mütəxəssis bu vəzifədə 2016-cı ilin dekabrından çalışırdı
  • Fanat
  • 23 Avqust 2020 16:10
  •  4 790

İtaliya klubu baş məşqçisini istefaya göndərdi

45 yaşlı mütəxəssis bu vəzifədə 2016-cı ilin dekabrından çalışırdı

Roberto D Aversa İtaliyanın "Parma" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.

AzNews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səbəb kollektiv daxilində bütövlük və harmoniyanın olmamasıdır. 45 yaşlı mütəxəssis bu vəzifədə 2016-cı ilin dekabrından çalışırdı.

Ötən mövsüm "Parma" A Seriyasında 49 xalla 11-ci yeri tutub.