Pjanicin 15 gün karantində olacağı bildirilib. Pjanicin 15 gün karantində olacağı bildirilib.
  • Fanat
  • 24 Avqust 2020 13:15
  •  5 598

Məşhur futbolçu koronaya yoluxdu

Pjanicin 15 gün karantində olacağı bildirilib.

“Barselona” futbol klubunun yeni transferi Miralem Pjanic koronavirusa (Covid-19) yoluxub.

AzNews.az xəbər verir ki, "Barselona"nın verdiyi açıqlamada, özünü yaxşı hiss etməməsi səbəbiylə kluba müraciət edən Bosniya və Herseqovinalı futbolçunun Covid-19 test nəticəsinin müsbət olduğu deyilib.

Hazırda səhhəti yaxşı olan Pjanicin 15 gün karantində olacağı bildirilib.

Qeyd edək ki, "Barselona" bu yay "Yuventus" dan heyətinə qatdığı 30 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro transfer haqqı ödəyib.

Səidə Vahid

AzNews.az