Oktyabrın 1-də keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcək Oktyabrın 1-də keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcək
  • Fanat
  • 25 Sentyabr 2020 11:54
  •  6 617

“Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Oktyabrın 1-də keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcək

Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

AzNews.az xəbər verir ki, oktyabrın 1-də keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcək.

Varşavadakı matçın baş hakimi Tobias Stieler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək. Dördüncü hakim Daniel Şlager olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.