Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək
  • Fanat
  • 26 Noyabr 2020 09:32
  •  5 586

Teymur Rəcəbov qələbə ilə başladı

Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək

Onlayn şahmat üzrə “Skillinq open” turnirində pley-off mərhələsi start götürüb.

AzNews.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Uesli So ilə ilk matçı vaxtından əvvəl başa vurub. Şahmatçımız 4 partiyadan ibarət olması nəzərdə tutulan görüşdə 2,5:0,5 hesablı qələbə qazanıb. Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək.

Qeyd edək ki, ikinci matç və zərurət yaransa taybrek noyabrın 26-da baş tutacaq.