Şəhriyar 8-ci, Teymur isə 10-cudur Şəhriyar 8-ci, Teymur isə 10-cudur
  • Fanat
  • 1 Dekabr 2020 10:46
  •  4 468

FİFA yeni reytinq cədvəlin açıqladı

Şəhriyar 8-ci, Teymur isə 10-cudur

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

AzNews.az xəbər verir ki, beynəlxalq qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilk “10-luq”da yer alıb.

Şəhriyar 8-ci, Teymur isə 10-cudur.

Nicat Abbasov, 71-ci, Qədir Hüseynov 74-cü, Rauf Məmmədov 92-ci pillədədir. Arkadi Naydiç də irəliləyərək “100-lüy”ə daxil olub.
Siyahıya isə norveçli Maqnus Karlsen liderlik edir. ABŞ idmançısı Fabian Karuana 2-ci, çinli Dinq Liren 3-cüdür.

Qadın idmançılarımızdan Günay Məmmədzadə 30-cu pilləyə yüksəlib, Gülnar Məmmədova isə 81-i yerdə qərarlaşıb. Xanım Balacayeva isə 90-ci pillədədir.