• Fanat
  • 1 Dekabr 2020 11:56

Premyer Liqada daha 10 yoluxma

31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 86-ya çatıb

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə, 23-29 noyabr aralığında 1381 nəfərdən koronavirus testi götürüldüyü, 10 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.

Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 86-ya çatıb.

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.