Hər iki yığma üzvünün rəqibi finala yüksəldiyi üçün onlar dekabrın 16-da təsəlliverici görüşə çıxacaq Hər iki yığma üzvünün rəqibi finala yüksəldiyi üçün onlar dekabrın 16-da təsəlliverici görüşə çıxacaq
  • Fanat
  • 15 Dekabr 2020 23:09
  •  5 164

Azərbaycan güləşçiləri bürünc medal uğrunda yarışacaq

Hər iki yığma üzvünün rəqibi finala yüksəldiyi üçün onlar dekabrın 16-da təsəlliverici görüşə çıxacaq

Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulub.

AzNews.az-ın məlumatına görə, əvvəlcə 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gəlib və rəqibinə uduzub - 2:4.

65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayıb. O, moldovalı İrina Rinqaçiyə 0:6 hesabı ilə məğlub olub.

Hər iki yığma üzvünün rəqibi finala yüksəldiyi üçün onlar dekabrın 16-da təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

57 kq
1/8 final: Alyona Kolesnik - Anşu Anşu (Hindistan) - 2:4
Təsəlliverici görüş: Alyona Kolesnik - Laura Mertens (Almaniya)

65 kq
1/4 final: Elis Manolova - İrina Rinqaçi (Moldova) - 0:6
Təsəlliverici görüş: Elis Manolova - Aslı Demir (Türkiyə)