- Fanat
- 18 Dekabr 2020 23:54
- 4 850
Sərbəst güləşçilərimiz Dünya Kubokunu 2 medalla başa vurdular
Son olaraq 97 kq çəki dərəcəsində Şamil Zubairov bürünc medal görüşündə qüvvəsini sınayıb
Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda çıxışını başa vurub.
AzNews.az-ın məlumatına görə, son olaraq 97 kq çəki dərəcəsində Şamil Zubairov bürünc medal görüşündə qüvvəsini sınayıb.
Bolqarıstanlı Ahmed Batayevlə qarşılaşan idmançı rəqibinə 1:8 hesabı ilə uduzaraq, şansını əldən verib.
Beləliklə, sərbəst güləşçilər turnirdə ümumilikdə 2 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.