Messinin İngiltərənin "Mançester Siti" və ya Fransanın PSJ klubuna keçidi gözlənilir Messinin İngiltərənin "Mançester Siti" və ya Fransanın PSJ klubuna keçidi gözlənilir
  • Fanat
  • 9 Yanvar 2021 12:10
  •  5 871

Messi “Barselona”dan ayrılacaq

Messinin İngiltərənin "Mançester Siti" və ya Fransanın PSJ klubuna keçidi gözlənilir

İspaniyanın "Barselona” klubunun prezidenti vəzifəsinə namizədlərdən olan Aqusti Benedito komandanın kapitanın Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.

AzNews.az-ın məlumatına görə, o, argentinalı futbolçunun "Barselona"dan ayrılacağını düşünür.

"Messinin gələcəyi barədə yaxşı xəbər vermək istəyərdim, amma nikbin deyiləm. Leo komandada qalmaq istədiyi barədə söz demədi. Onun ötən mövsümün sonunda komandadan ayrılmaq istədiyini xatırlamalıyıq. Böyük ehtimalla, Messi bu mövsümün sonunda komandanı tərk edəcək", - deyə Aqusti Benedito bildirib.

Qeyd edək ki, Messinin İngiltərənin "Mançester Siti" və ya Fransanın PSJ klubuna keçidi gözlənilir.