Zlatan İbrahimoviç üçüncü pillədə qərarlaşıb Zlatan İbrahimoviç üçüncü pillədə qərarlaşıb
  • Fanat
  • 12 Yanvar 2021 15:15
  •  7 061

Əsrin ən çox qol vuran futbolçuları açıqlanıb

Zlatan İbrahimoviç üçüncü pillədə qərarlaşıb

XXI əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmasında 2001-ci ildən 2020-ci ilə qədər vurulan qollar nəzərə alınıb.

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu 462 qolla birinci olub. İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 451 qolla ikinci, İtaliyanın "Milan" klubunun təcrübəli forvardı Zlatan İbrahimoviç isə 379 qolla üçüncü pillədə qərarlaşıb. 40 yaşlı oyunçu XX əsrdə də oynayıb, amma cəmi 13 dəfə fərqlənə bilib.

Hazırda İspaniyanın "Atletiko" klubunda çıxış edən Luis Suares (332) dördüncü, Almaniya "Bavariya"sından Robert Levandovski (285) isə beşinci sıradadır. (Report)

AzNews.az