Veteran hücumçu paytaxt təmsilçisinin B komandasının baş məşqçisi təyin olunub Veteran hücumçu paytaxt təmsilçisinin B komandasının baş məşqçisi təyin olunub
  • Fanat
  • 17 Yanvar 2021 15:48
  •  5 754

Fernando Torres "Atletiko"da baş məşqçi oldu

Veteran hücumçu paytaxt təmsilçisinin B komandasının baş məşqçisi təyin olunub

İspaniya millisinin və "Atletiko"nun sabiq futbolçusu Fernando Torres Madrid klubuna qayıdıb.

AzNews.az "Marca" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu paytaxt təmsilçisinin B komandasının baş məşqçisi təyin olunub.

Keçmiş forvard UEFA-nın PRO lisenziyasını almaq üçün 6 aylıq məcburi təcrübə müddəti keçir. 37 yaşlı mütəxəssis bunadək "Atletiko"nun akademiyasında məşqçi kimi çalışırdı.

Qeyd edək ki, Fernando Torres futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, "Atletiko"dan başqa İtaliyada "Milan", İngiltərədə "Çelsi" və "Liverpul" komandalarının formasını geyinib.