Avropa Çempionatı 12 şəhərdə, o cümlədən də Bakıda keçiriləcək Avropa Çempionatı 12 şəhərdə, o cümlədən də Bakıda keçiriləcək
  • Fanat
  • 22 Aprel 2021 10:16
  •  5 416

İspaniya AVRO-2020-dən imtina etdi

Avropa Çempionatı 12 şəhərdə, o cümlədən də Bakıda keçiriləcək

İspaniyanın Bilbao şəhəri AVRO-2020 matçlarını qəbul etmək fikrindən daşınıb.

AzNews.az “Sortbox” portalına istinadla xəbər verir ki, şəhər hakimiyyəti UEFA-nın pandemiyaya baxmayaraq, stadionlara tamaşaçıları buraxmaq tələbini yerinə yetirməkdən imtina etdiyini və futbol üzrə Avropa Çempionatı oyunlarını qəbul etməcəyini açıqlayıb.

Bilbao ilə yanaşı, Münhen və Dublin də azarkeşlərlə bağlı tələbi yerinə yetirə bilməyəcəklərini qeyd edib, lakin hələ ki, turnirdən imtina etməyib. UEFA-nın cümə günü keçiriləcək iclasında bu şəhərlərin AVRO-2020 matçlarını keçirmək hüququndan məhrum edilməsi gözlənilir.

Xatırladaq ki, futbol üzrə növbəti Avropa Çempionatı 12 şəhərdə, o cümlədən də Bakıda keçiriləcək. Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London turnir oyunlarına tamaşaçı ilə ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər.