Beləliklə, Azərbaycan güləşçiləri ilk medal gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar Beləliklə, Azərbaycan güləşçiləri ilk medal gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar
  • Fanat
  • 18 May 2021 22:08
  •  7 015

Azərbaycan güləşçiləri Avropa çempionatında medallar qazanıb

Beləliklə, Azərbaycan güləşçiləri ilk medal gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar

Bu gün 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mükafatçıları müəyyənləşdirib.

Azərbaycan milli komandası günü 4 medalla başa vurub. Dünən keçirilən qarşılaşmalardan sonra finala yüksələn iki güləşçimiz bu gün həlledici görüşə çıxıbsa, ikisi də bürünc uğrunda mübarizə aparıb.

İlk gündə bütün rəqiblərinə qalib gələn Əliabbas Rzazadə (57 kq) finalda rusiyalı Axmed İdrisov ilə üz-üzə gəlib. Həlledici görüşdə uduzan (0:6) təmsilçimiz gümüş medalla kifayətlənib.

Digər finalçı Cəbrayıl Hacıyevin (70 kq) rəqibi moldovalı Nikolay Qrahmez olub. O, gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılaraq (5*:5), ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Bürünc uğrunda mübarizə aparan güləşçilərimiz də xalça üzərinə çıxıblar. Zirəddin Bayramov (65 kq) Belarus təmsilçisi Vladislav Koyka ilə görüşüb. O, rəqibinə heç bir şans verməyib (10:0) və bürünc medala sahib olub.

İslam İlyasov (97 kq) isə gürcüstanlı Luka Xutçuanı sınağa çəkib. Güləşçimiz görüşdə asanlıqla qələbə qazanaraq (11:0), 3-cü yeri tutub.

Beləliklə, Azərbaycan güləşçiləri ilk medal gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, bu gün baş tutan görüşlərdən sonra daha iki güləşçimiz finala yüksəlib, ikisi isə bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Orxan Abasov (86 kq) çempionluq üçün Amanula Rasulovla (Rusiya), Osman Nurməhəmmədov (92 kq) Erhan Yaylacı (Türkiyə) ilə üz-üzə gələcək. Vahid Qalayevin (125 kq) 3-cü yer uğrunda görüşdə rəqibi Paris Karepi (Almaniya) - Georgi İvanov (Bolqarıstan) cütünün qalibi olacaq. Əşrəf Aşırov (74 kq) isə təsəlliverici qarşılaşmada Lukas Kantı (Almaniya) sınağa çəkəcək./Apasport.az