• Fanat
  • 16 İyun 22:37
  •  1 653

AVRO-2020: Türkiyə yığması Uels komandasına məğlub olub

Uelsin heyətində qolları Aaron Remsi (42-ci dəqiqə) və Konnor Roberts (90+5) vurub

Bakı Olimpiya Stadionunda AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçirilib.

Aznews.az xəbər verir ki, A qrupunda mübarizə aparan Türkiyə və Uels milliləri qarşılaşıb.

Uelsin heyətində qolları Aaron Remsi (42-ci dəqiqə) və Konnor Roberts (90+5) vurub.

Qeyd edək ki, A qrupunun 3 matçının və 1/4 final mərhələsinin bir oyunu Bakıda keçirilməsi nəzərdə tutulub.

İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb.

Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Xatırladaq ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.