- Fanat
- 18 İyun 2021 10:24
- 6 003
İngiltərə Şotlandiyaya, Xorvatiya Çexiyaya qarşı

İki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb
Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.
AzNews.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha üç qarşılaşma baş tutacaq.
Əvvəlcə E qrupu çərçivəsində İsveç və Slovakiya yığmaları üz-üzə gələcək. Slovakiya yığması bu oyundan qalib ayrılsa, 1/8 finala vəsiqəni təmin edəcək.
D qrupunda isə Çexiya Xorvatiyanı, İngiltərə də Şotlandiyanı sınağa çəkəcək. Çexlər və ingilislər bu oyunda da qələbə qazana bilsə, növbəti mərhələyə vəsiqəni təmin edəcəklər.
Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.
AÇ-2020
18 iyun
E qrupu
17:00. İsveç – Slovakiya
Baş hakim: Daniel Zibert (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.
D qrupu
20:00. Xorvatiya – Çexiya
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Qlazqo. “Hampden Park” stadionu.
23:00. İngiltərə – Şotlandiya
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya).
London. “Uembli” stadionu.